Zahid Oruc: “Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, amma İranın bu davranışları bizi buna vadar edir”

Zahid Oruc: “Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, amma İranın bu davranışları bizi buna vadar edir”

"Bunu Beynəlxalq təzyiqləri beynəlxalq regionda paylaşmaq, ayrı-ayrı dövlətlərə yönəltmək cəhdi sayıram və bütün bunlar onların özünün əleyhinə çevriləcək\". Milli Məclisin bu gün keçirilən iclasında İranın Azərbaycanaetiraz notası təqdim etməsi məsələsinə münasibət bildirən deputat Zahid Oruc belə deyib. Onun sözlərinə görə, Azərbaycan indiyə qədər anti-İran bloklarında yer almayıb, amma İranın bu davranışları bizi buna vadar edir.

Müsavat Partiyasının sədri İsa Qəmbərin "Avrovisiya" ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili bildirib ki, bu onun siyasi həyatında bir ləkədir: \"Bu adamlar fərqində deyillər ki, bu məntiqləri ilə kimlərlə eyniləşirlər. Onlar Konstitusiya ilə hakimiyyət uğurunda mübarizə aparmaq hüququ daşıyırlar, heç kim buna qarşı çıxmır. Onlar hansısa bir vasitə ilə beynəlxalq aləmin hakimiyyətə təzyiqini artırmaq istəyirlər, bunu da etsinlər. Amma 1500 jurnalisti əllərində bir girəvə kimi öz tribunalarına çevirmək, özlərinin "Avrovisiya"sını təşkil etmək çox utanc gətirən bir məsələdir\".

Bütün xəbərlər Facebook səhifəmizdə