Baharın Azərbaycana gəlişinin vaxtı açıqlanıb

Baharın Azərbaycana gəlişinin vaxtı açıqlanıb

Bu il bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində qədəm qoyacaq. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildiriblər ki, bu məlumatı AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Əyyub Quliyev verib. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Martın 13-ü Azərbaycanda axır çərşənbə, fevralın 21-i isə ilk çərşənbədir.

Bütün xəbərlər Facebook səhifəmizdə