Türkiyənin bütün məscidlərində Xocalı soyqırımı qurbanları yad ediləcək
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Osmanlı Türkiyəyə səfəri çərçivəsində bu ölkənin dini işlər naziri Mehmet Görməzlə görüşmüşdür. SİA-nın verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili Türkiyənin bütün məscidlərində oxunan xütbələrdə Xocalı soyqırımı qurbanlarının yad edilməsini, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, xüsusən də Xocalı faciəsi barədə məlumatların verilməsini təklif edib. Türkiyənin dini işlər naziri M.Görməz təklifi qəbul etdiyini bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB