2011-ci ilin dekabr ayında elektron poçt vasitəsi ilə əlaqə saxlayanların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə üçdə bir qədər azalıb.SİA-nın verdiyi məlumata görə, "ComScore" şirkəti tərəfindən keçirilən irimiqyaslı tədqiqat nəticəsində məlum olub ki, elektron poçtdan istifadə edənlərin sayı getdikcə azalır.
Bu göstərici 18-24 yaş kateqoriyasına aiddir. 35-44 yaş kateqoriyasında elektron poçtun populyarlığı 1%, 55-64 yaş kateqoriyasında isə 7% azalıb.
Mütəxəssislər elektron poçt sahəsindəki bu vəziyyəti mobil qurğuların geniş yayılması ilə əlaqələndirirlər. "Gmail" kimi bir sıra poçt veb-xidmətləri saytların mobil versiyalarını təklif etmələrinə baxmayaraq, onlara tələbat aşağıdır. Belə ki, istifadəçilər standart əlavələrdən istifadə etməyə üstünlük verirlər.
Analitiklər qeyd edirlər ki, bu tendensiya gələcəkdə də davam edəcək, belə ki, proqnozlara görə, stolüstü kompyuter bazarı əvvəlki vəziyyətini mobil elektronika bazarı fonunda bərpa edə bilməyəcək. "İDC" analitik şirkətinin bu yaxında dərc edilmiş hesabatına əsasən, planşetlər ABŞ-da satış həcminə görə fərdi kompyuterləri ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB