Ölkə ərazisinə düşən qar normadan artıq olması səbəbindən gursululuq dövründə çayların daşma ehtimalı birə-beş artıb. Hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, cənub bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir. Bu da may iyun aylarında kür çayında daşqınlara yol açan başlıca amildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SIA-ya açıqlamasında deyir ki, dağlıq ərazilərə düşən qarın həcmi ötən illərlə müqaisədə daha çoxdu: "Balakən-Şəki, Qax-Zaqatala, Quba-Xaçmaz və Tufandağ ərazilərində daha cox müşahidə edilir".
Mütəxəsis hesab edir ki, caylarda suyun həcminin artması havanın tempraturundan asılı olacaq. Belə ki, dağlarda qarın əriməsi sürətlə baş verərsə çaylarda da suyun həcminin kəskin çoxalacağı və daşqınlar baş verəcəyi qaçılmazdı. Bu özünü xüsusən aprel-may aylarında göstərəcək.
O ki, qaldı gözlənizməz sürprizləri ilə həmişə təhlükəli olan Kür çayına normadan artıq qarın təsirinə Asif Verdiyev deyir ki, bunun üçün Türkiyə və Gürcüstan ərazisində çayın mənbəyində qar ölçmə işləri aparılacaq. Sözü gedən ərazilərdə qarın həcminin çox düşdüyü qeydə alınsa onda daşqın istisna olurmur: "Mart ayında qurum dağlıq ərazilərdə 28 marşurut üzrə qar ölçmə işləri aparacaq. Yalnız bunda sonra hansı çaylarda daşqınların baş verəcəyi haqda dəqiq proqnoz veriləcək.
Qeyd edək ki, Fevralın 10-dan etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 22, Şirvanda 20, Salyanda 37, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 640, Şirvanda 522, Bankədə, Araz çayının Novruzlu məntəqəsində isə 360 santimetrdir.
Yaxın 3 gündə havanın tempraturuna gəlincə baş hidroloq deyir ki, paytaxtda və Abşeron yarmadasında havanın temptratur nisbətən artacaq. Gündüz saatlarında 5-8 dərəcə isti müşahidə ediləcək. Həftə ərzində hava əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB