Əli Həsənov: “İranın Azərbaycanı nədə günahlandırdığı heç bəlli deyil” - MÜNASİBƏT
\"İran tərəfinin verdiyi bəyanatların heç bir real əsası yoxdur və heç bəlli də deyil ki, Azərbaycanı nədə günahlandırırlar\". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil. Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibətlərində mütləq şəkildə qonşu ölkələrin maraqları nəzərə alınır.
"Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi bizə istənilən ölkənin vətəndaşları gəlir, viza rejiminə müvafiq olaraq keçir və yaxud da burada yaşayır və bunların hamısı qanunla müəyyən olunur. Ona görə də İranın bu açıqlamasının heç bir əsası yoxdur. İran mövcud vəziyyətində qonşularla münasibətlərdə bir az ehtiyatlı olmalıdır, belə məsələlərdə qonşularla kifayət qədər diplomatik, qanunlara, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidir", - deyə PA-nın şöbə müdiri əlavə edib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB