Ukraynada fevral ayı "Xocalı ayı" elan olunub. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, bu İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə baş tutub. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bununla bağlı keçirdiyi toplantıda Ukraynanın bir sıra yerlı gənclər təşkilatları da Xocalıya Ədalət kompaniyasına qatıldıqlarını elan ediblər.
Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyta keçirilən tədbirlərin 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxlq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb.
Ötən il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının "Xocalı ayı" elan olunmasının əhəmiyyətindən danışan birliyin fəalları Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev və digərləri ənənəyə uyğun olaraq bu ildə "Xocalı ayı" çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar.
Xocalı adi bir faciə deyil. Bu insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqrımı siyasətidir. Toplantıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva və Kiyev Gənclər Mərkəzinin sədri Roman Qriqorişin Xocalı soyqrımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün rəhbərlik etdikləri təşkilatların "Xocalıya ədalət" kampaniyasına qoşulduğunu elan ediblər.
Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında "Xocalıya ədalət" yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanması, adı çəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və adı çəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub.
Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB