İnformasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi başa çatır

İnformasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi başa çatır

Multimedia Mərkəzinin həyata keçirdiyi "İnformasiya cəmiyyətinin jurnalisti" layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi başa çatmaq üzrədir. SİA-nın xəbərinə görə, müsabiqəyə yazıların təqdim olunması fevralın 10-da başa çatıb. Bu müddət ərzində müsabiqəyə müxtəlif qəzet və xəbər portallarında dərc olunan 13 məqalə təqdim edilib. Materiallar anonimliyi saxlanılmaqla münsiflər heyətinin üzvlərinə göndərilib.

Qiymətləndirmə prosesi fevral ayının 20-dək davam edəcək. Münsiflər Heyəti İKT və media sahəsinin ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılıb. Nəticələrin elan olunması və mükafatlandırılma mərasiminin fevral ayının sonunda keçirilməsi nəzərdə tutulub. 2006-cı ildən başlayaraq hər il keçirilən bu layihənin və müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin İnformasiya cəmiyyətisahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi başa çatırüstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə