Ceyhun Osmanlı: “Azərbaycan və Türkiyə bu qədər ədalətsiz təzyiq və ittihamlara məruz qalarkən, qardaş birliyinə ehtiyacımız daha da qüvvətlənib”

Ceyhun Osmanlı: “Azərbaycan və Türkiyə bu qədər ədalətsiz təzyiq və ittihamlara məruz qalarkən, qardaş birliyinə ehtiyacımız daha da qüvvətlənib”

Azərbaycan Milli Məclisinin üzvü, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlının Türkiyənin "Zaman" qəzetində məqaləsi çap olunub. SİA-nın xəbərinə görə, məqalədə 20 il öncə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs olunub.

Xocalı soyqırımı və onun nəticələri barədə məlumat verən millət vəkili vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər qadın, uşaq-qoca demədən qarşılarına çıxan hər kəsi qətlə yetiriblər. Həmin gün Xocalıda 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin öldürülüb, 160 nəfər itkin düşüb. Həmin faciənin qurbanı olan 76 nəfər bu gün əlildir, 8 ailə tamamilə yox edilib, 154 uşaq yetim qalıb: "Şəhərin 1257 sakini əsirlikdə olarkən erməni əsgərlərinin işgəncələrinə məruz qalıb. Bu vəhşiliyi törədənlər bu günə qədər cəzasız qalıblar. Dünya 20 ildir, Xocalıda yaşanmış qırğını görməməzliyə vurur. Erməni terrorçularının tək Azərbaycanda deyil, Şərqi Anadoluda, bütün dünyada türklərə qarşı terror aksiyaları törədir. İndiki zamanda Azərbaycan və Türkiyə bu qədər ədalətsiz təzyiq və ittihamlara məruz qalarkən, qardaş birliyinə ehtiyacımız daha da qüvvətlənib. İndi birlikdə çətinliklərə, təzyiqlərə sinə gərməyin yollarını axtarırıq. Qlobal dünyamızda bizlər hər gün daha da inkişaf edərkən bir-birimizdən xəbərsiz qalmamalı, bir-birimizi daha da yaxından tanımalı, bir-birimizə daha çox bağlanmalıyıq".

C.Osmanlı qeyd edib ki, fevralın 26-da İstanbulun Taksim meydanında "Hamımız xocalılıyıq" şüarı altında aksiyalar keçiriləcək. \"Həmin gün birləşərək erməni yalanlarına yox, dünya bundan bir daha dərs almasını deyirik. Onun sözlərinə görə, bu aksiyalar vasitəsilə bir daha insanlar acı çəkməməsin, uşaqlar ölməməsini, Xocalı soyqırımının bir daha yaşanmamasını bildiririk\".

Bütün xəbərlər Facebook səhifəmizdə