Meksikanın “The News” qəzeti Xocalı soyqırımından yazıb

Meksikanın “The News” qəzeti Xocalı soyqırımından yazıb

Meksikanın ingilis dilində dərc olunan "The News" qəzetində Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, habelə bu yaxınlarda Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən bəhs edən geniş məqalə dərc edilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, məqalədə qeyd edilib ki, "Latın Amerikasında Azərbaycanın Meksikada açılmış ilk səfirliyi Meksika ilə ikitərəfli münasibətlərə xüsusi önəm verir" və bu əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusən də Nazir E.Məmmədyarovun 2011-ci ildə Meksikaya həyata keçirilmiş səfəri, mədəniyyət sahəsində müxtəlif tədbirlər, iki ölkə arasında imzalanan bir sıra sazişlər misal göstərilib.

Daha sonra məqalədə, 2011-ci ilin noyabr və dekabr tarixlərində Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair qəbul edilən qətnamələrdən söz açılıb. Bildirilib ki, sözügedən sənədlərə əsasən, "Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənib, BMT TŞ-nın qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilib, həmçinin təcavüz nəticəsində iyirmi il öncə fevral ayında Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və soyqırımın baş verdiyi qəbul edilib."

Bütün xəbərlər Facebook səhifəmizdə