Ölkənin şimalında işıq problem olub

Ölkənin şimalında işıq problem olub

Son bir neçə gündə daha da artan qarlı, şaxtalı hava şəraiti şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarıda sakinləri işıq problemi ilə üzləşdirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, son iki gün ərzində bölgənin əksər rayonları işıqsız qalıb. Ötən gün axşam saatlarında rayonlara işıq verilişi bərpa olunsa da gecə saatlarında yenidən problem yaranıb. Bu səbəbdən Qubanın Xaltan, Söhüb, Çarxaçu və Xınalıq kəndləri, Şabranın Borğan, Siyəzənin Dağquşçu, yuxarı Ələz, Çölquşçu, Yenikənd yaşayış məntəqələrində işıq olmayıb. Yerli əhalidən aldığımız bu məlumatları rayon elektrik şəbəkələrində qismən təsdiqləyiblər. Bildirilib ki, enerjinin verilişində yaranan fasilələr xətlərdə hava şəraitinə görə, baş verən texniki nasazlıqlar səbəb olub.

Qeyd edək ki, hazırda enerjinin verilişi bərpa olunub.


Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə