Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan \"Sifariş kitabı\"nın təqdimatı keçiriləcək
Fevralın 14-də İsveçrənin Lozanna şəhərində digər namizəd şəhərlərlə birgə Bakı da 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətind namizdlik ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə təqdim edəcək. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 13-ü Milli Olimpiya Komitəsində Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan \"Sifariş kitabı\"nın təqdimatı keçiriləcək. Bununla əlaqədar olaraq Milli Olimpiya Komitəsində brifinq təşkil olunacaq.
Azərbaycan haqqında ətraflı məlumatları özündə əks etdirəcək \"Sifariş kitabı\"nda tək idman haqqında deyil, ölkənin ümumi iqtisadi, ekoloji durumu barədə də məlumatlar veriləcək. BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcəkBütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB