Məşhur müğənni Uitni Hyuston vəfat edib

Məşhur müğənni Uitni Hyuston vəfat edib

Amerikanın məşhur müğənnisi Uitni Hyuston vəfat edib. SİA-nın xəbərinə görə, müğənninin meyiti Los-Ancelisdəki "Beverli Hilton" otelinin nömrəsində tapılıb. Həkimlərin səylərinə baxmayaraq, otelin işçiləri tərəfindən huşsuz halda tapılan 48 yaşlı müğənni Uitni Hyustonun həyatını qaytarmaq mümkün olmayıb.

Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Polis müğənninin öldürülməsini istisna edir. Yerli polis nümayəndəsi jurnalistlərin hadisəyə narkotik vasitənin səbəb olması ehtimalı ilə bağlı sualına cavab olaraq deyib ki, buna dəqiq cavab vermək mümkün deyil, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə