Gəncənin dəmiryolunda sıxlıq yaşanır

Gəncənin dəmiryolunda sıxlıq yaşanır

Gəncə Dəmiryolu Vağzalından istifadə edən sərnişinlərin sayı artıb. SİA-nın bölgə müxbirinə adıçəkilən qurumdan verilən məlumata əsasən, hazırda bu gün və sabah üçün nəzərdə tutulan biletlərin hasmısı satılıb. Havaların soyuması ilə qatara üstünlük verən sərnişinlərin artması nəticəsində dəmiryoluna təlabat da çoxalıb. Üstəlik əlavə vaqonlar da qoşularaq sərnişinlərin rahat gediş-gəlişini təmin edir.

Bildirək ki, ölkənin Qərb bölgəsindən dəmiryoluna bilet alan sərinişinlər əsasən Bakı şəhərinə gedənlərdir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə