BŞBPİ və Baş Prokurorluq polis əməkdaşları ilə bir qrup gənc arasında baş verən qarşıdurma ilə bağlı rəsmi məlumat yayıb
Bakı Şəhər Baş Polis İdərəsi (BŞBPİ) və Baş Prokurorluq polis əməkdaşları ilə bir qrup gənc arasında baş verən qarşıdurma ilə bağlı rəsmi məlumat yayıb.
DİN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 8-də saat 21.00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdən kənar vaxt metronun "İnşaatçılar" stansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşıb. Həmin gənclər onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanıb.
Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılıb.
İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB