Astara ATS-ləri müasirləşdirilir

Astara ATS-ləri müasirləşdirilir

Astara rayonunda kənd elektron ATS-ləri fiber optik kabellər vasitəsilə birbaşa TAE (Trans-Asiya-Avropa) xəttinə birləşdirilir. Şəhərin mərkəzi EATS-i, Ərçivan, Maşxan, Pensər, Şiyəkəran, Telman və Şahağac kənd EATS-ləri şəbəkəyə qoşulub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, Astarada kənd rabitə şəbəkəsinin daha mükəmməl şəkildə qurulması, vətəndaşlara keyfiyyətli rabitə xidməti göstərmək məqsədi ilə rayonun Ərçivan və Pensər kəndlərində qovşaq tipli stansiyalar yaradılaraq Təngərüd, Kakalos, Səncərədi, Şüvas kənd və Kijəbə qəsəbə stansiyalarının giriş-çıxış rabitəsi qovşaq stansiyaları vasitəsilə beynəlxalq TAE xəttinə qoşulub.


Artıq rayon sakinləri telefon xidməti ilə yanaşı, internetə çıxış imkanı qazanıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə