Dəmir yol nəqliyyatında bilet qıtlığı yaranıb

Dəmir yol nəqliyyatında bilet qıtlığı yaranıb

Yollar buz bağladığından rayon sakinləri daha çox dəmir yol nəqliyyatına üz tutur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu səbəbdən də rayon avtovağzallarında sakitlik hökm sürür. Bərdə avtovağzalında sərnişin azlığından şəhər və rayonlara hərəkət edən marşrutların sayı azalıb.


Sakinlər mənzil başına təhlükəsiz çatmaq üçün daha çox dəmiryol vağzallarına üz tutur. Qatarla Bakıya getmək istəyənlərin sayı adı günlərlə müqayisədə 50 fazi artıb.

Bu səbəbdən də rayonlarda yerləşən dəmiryol vağzallarında bilet çatışmamazlığı yaranıb.

Qeyd edək ki, bu günün biletləri bir neçə gün əvvəldən satılıb.


Biletlər əvvəlcədən satıldığından sakinlər bu günlərdə xəttə əlavə qatarların qoşulmasını istəyirlər.


Şamxal Cəliloğlu




Bütün xəbərlər Facebook səhifəmizdə