Təhsil Nazirliyi Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib. SİA-nın xəbərinə görə, müraciətdə nazirlik azərbaycanlı tələbələrin xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak etməyə çağırıb. Müraciətdə deyilir: "Xarici ölkələrdə diplomatik nümayəndəliklərimiz tərəfindən təşkil olunan mərasimlərində fəal və kütləvi şəkildə iştirak etmək və Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq xarici ölkələrdə təhsil alan tələbələrimizin və xaricdə yaşayan vətəndaşlarımızın mənəvi borcudur.

Odur ki, sizin də təhsil aldığınız ölkədə yerləşən Azərbaycanın nümayəndəlikləri tərəfindən təşkil olunacaq tədbirlərdə iştirak etməyiniz vacib və mütləqdir.Təhsil Nazirliyi Azərbaycanın təmsil olunması sahəsində atdığınız və atacağınız addımları təqdirəlayiq hesab edir". Təhsil Nazirliyi Azərbaycanın Ankaradakı Səfirliyi, İstanbuldakı və Qarsdakı Baş Konsulluqları tərəfindən Türkiyədə təşkil olunacaq bəzi tədbirlər barədə məlumatları tələbələrin diqqətinə çatdırıb:

1. 23.02.2012-ci il saat 14.00 - Qazi Universitetinin Rektorluq Konfrans salonunda anma tədbiri;
2. 24.02.2012-ci il saat 15.00 - Hacettepe Universitetinin Sıhhıye Kampusu M salonunda anma tədbiri;
3. 25.02.2012-ci il saat 14.30 - ODTU-da anma tədbiri;
4. 26.02.2012-ci il saat 18.00 - Bilkənt Universiteti, Xocalı anma tədbiri;
5. 26.02.2012-ci il İstanbul şəhəri, Taksim meydanı "Hepimiz Hocalıyız" yürüşü.

Bütün xəbərlər Facebook səhifəmizdə