Ermənistanda əhalinin siyahıya alınmasının nəticələri ciddi narahatlıq yaradıb. Belə ki, siyahıyaalmanın nəticələrinə görə, son 10 ildə Ermənistanı 170 min nəfər tərk edib. SİA-nın məlumatına görə, bundan əlavə, məlum olub ki, 400 min nəfər Ermənistanda qeydiyyatda olsa da ölkədə yaşamır. Erməni ekspertlərinin fikrincə, əhalinin ölkəni tərk etməsinə təkcə iqtisadi amillər səbəb olmur. Sahibkarlar öz pullarını götürüb xaricə ona görə üz tuturlar ki, məşğul olduqları biznes sahəsini daha da genişləndirsinlər. Bunun üçün Ermənistanda şərait yoxdur. İş adamları sərbəst şəkildə siyasi baxışlarını ifadə etməkdən çəkinirlər. Ümumiyyətlə, onların əmlakına və biznesinin toxunulmazlığına heç kəs zəmanət verə bilməz. İstər iş adamları, istərsə də qazancı çox olan digər sahələrdə çalışanlar heç bir perspektiv görmədiyi üçün ölkəni tərk etmək qərarına gəlirlər. Bunun qarşısını almaq üçün dövlət heç bir iş görmür. Sahibkarlar rüşvət verməkdən, yaradıcı adamlar isə süründürməçilikdən beziblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB