Soyuq qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil olunub. SİA-nın xəbərinə görə, sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yatdıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə,lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar. Sığınacaqlar əsasən Nərimanov (Şərq bazarı yaxınlığında, Xətai, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç.69), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç.20 ), Xəzər (Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18) və Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç 118) rayonlarında yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB