Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında yerləşən və Bəxtiyar Əşrəfəliyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada "Bütün mallara 30 faiz endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halının olması müəyyən olunub. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmayıb. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB