Saxtakarlığa yol verən marketlər aşkarlanıb

Saxtakarlığa yol verən marketlər aşkarlanıb

Bakının Xətai rayonundakı \"Sevimli market\"də, Binəqədi rayonu 9-cu mikrorayon, A.Məmmədov küçəsində Süleyman Süleymanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar edilib.

İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinq zamanı Xətai rayonundakı \"Mərhəmət market\"də və \"İlahə market\"də, Gəncə prospekti, 17 ünvanında Natiq İbrahimova məxsus mağazada, Yasamal rayonundakı \"Orxan supermarket\"də, Nərimanov rayonunda Yusif Həsənova məxsus mağazada, Binəqədi rayonundakı \"Walmart market\"də, Kazımovski küçəsi, 2 ünvanında Pelageya Nəcəfovaya məxsus mağazada, Rəsulzadə qəsəbəsində Zaur İbiyevə və Esmira Abdullayevaya məxsus mağazalarda, Nəsimi rayonundakı \"Aysun market\"də oxşar hallar üzə çıxıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə