Gəncə şəhərində qarlı havada müəyyən çətinliklər qeydə alınsa da, ictimai nəqliyyat vasitələri öz işini davam etdirir. 1 saylı Nəqliyyat Departamentinin Sərnişin Daşınması Şöbəsinin rəisi Nəsir Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda istər iritutumlu, istərsə də ortatutumlu sərnişin avtobusları ilə əhaliyə xidmət göstərilir.
Bütün bunlarla bərabər, sərnişin daşınma ilə məşğul olan mikroavtobus və avtobusların sayında azalma müşahidə olunmaqdadır. Müsahibimiz bunu qarlı havalarda sərnişinlərin kəskin şəkildə azalması ilə izah edir. Adi günlərdə 175 maşın xəttə çıxırdısa hazırda 160 və 165 avtobus əhaliyə xidmət göstərir. Bundan əlavə, ortatutumlu avtobusların sayında da azalma müşahidə olunmaqdadır. Üstəlik, iş cədvəlində də müəyyən dəyişikliklər qeydə alınıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB