Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ənənəvi Qış "Liderlik Məktəbi"nə hazırlıqları davam etdirir. Artıq "Liderlik Məktəbi"nin 4 komandası müəyyən edilib. ATGTİ-nin Mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, komandaların adları ölkəmizin ev sahibliyi edəcəyi "Eurovision 2012", "FIFA U-17" və ev sahibliyi üçün namizədliyini irəli sürdüyü "Gəncə 2015", "Baku 2020" idman və kütləvi mədəni tədbirləri əks etdirir.
Bildiririk ki, komandalar artıq öz fəaliyyətlərini müəyyənləşdirmiş və bu istiqamətdə işə başlayıblar. Hazırda hər bir komanda rəhbəri üzvləri ilə görüşlər keçirir, "Liderlik Məktəbi"ndə keçirəcəkləri təqdimatlara hazırlaşırlar. Fəaliyyətləri çərçivəsində komandalar həmçinin öz adlarına uyğun mövzuları əks etdirən loqolar hazırlayıblar. Bu loqolar onların qeyri-rəsmi loqoları hesab olunur, komandaların rəsmi loqo və bayraqları layihənin rəsmi açılış mərasimində təqdim olunacaq.
Qeyd edək ki, ATGTİ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı Qış "Liderlik Məktəbi" layihəsində "Red Bull" və "Nil" mağazalar şəbəkəsi ilə də əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB