Yaxın iki gündə hava necə olacaq?

Yaxın iki gündə hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova məlumat verib. O bildirib ki, gündüz şimal-qərb küləyinin axşama doğru güclənəcək, havanın temperaturu axşama doğru 2-5 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə olunacaq.


Eləcə də fevralın 11-də arabir qar yağacağı gözlənilir, güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə saatlarında 2-7 dərəcə şaxta, gündüz saatlarında isə 0-2 dərəcə şaxta müşahidə olunacaq, yollar buz bağlayacaq.


Fevralın 10-11-də bölgələrdə də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə isə yağıntının intensiv xarakterdə olacağı ehtimal olunur. Tempratur Mərkəzi Aran rayonlarında 0-3 dərəcə şaxta, dağlarda isə gündüz saatlarında 5-10 dərəcə şaxta müşahidə olunacaq. Yollar buz bağlayacaq.


Paytaxt və bölgələrdə fevralın 12-si səhər saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi və havanın nisbətən mülayimləşəcəyi gözlənilir.


Fevralın 12-də isə səhər və axşam yarımadanın bəzi yerlərində zəif qar yağacağı, gün ərzində isə yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və səhər 3-7 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq.


Azərbaycanın rayonlarında fevralın 11-də fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 4-8 dərəcə, gündüz 0-3 dərəcə şaxta, dağlarda gücə 15-20 dərəcə, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək.


Fevralın 12-də havanın qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə, gündüz 1-6 dərəcə şaxta təşkil edəcək. Fevralın 12-də gündüz saatlarından başlayaraq ölkə ərazisində temperaturun nisbətən mülayimləşəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə