Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində yeni www. garabagh.net saytı işıq üzü görüb. SİA-nın məlumatına görə, İlham Abduyevin ideya rəhbərliyi və təşkilatçılığı ilə www.azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt həmçinin "Avroviziya" yarışması ərəfəsində Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ən gözəl vasitədir. www. garabagh.net mükəmməliyi, yığcamlığı, virtaul görünüşü ilə digər saytlardan fərqlənir. Saytın dünyanın aparıcı yeddi dilində (Azərbaycan dilindən başqa ingilis, alman, rus, türk, fransız, ispan dillərində) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir. Bölmələrdə Qarabağın tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. barədə mükəmməl bilgi verilib. Bundan əlavə, sayt xaricdə yaşayan azərbaycanlılar üçün, Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox yararlı olacaqdır. Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanıb. Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB