Xocalı faciəsi ilə bağlı Türkiyədə mitinq və konfrans keçiriləcək

Xocalı faciəsi ilə bağlı Türkiyədə mitinq və konfrans keçiriləcək

Fevralın 26-sı Türkiyənin Taksim Meydanında Xocalı faciəsi ilə bağlı mitinq keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan məlumat verib. Mitinqin keçirilməsində məqsəd 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətmiş olduğu soyqırımı yaymaq və bütün dünyanın bu vəhşiliyi soyqırımı olaraq tanıdılmasıdır. Mitinqdə türk millətinin liderləri, Azərbaycan, Türkiyə və dünyanın bir çox ölkələrindən olan vətəndaş cəmiyyətinin nümayəndələri, millət vəkilləri iştirak edəcəklər. Bu mitinq hər hansı bir dərnək, şəxs və ya təşkilatın deyil, türk millətinin və minlərlə qəhrəmanın rəhbərliyi ilə təşkil olunacaq.

Qeyd edək ki, Bu ərəfədə fevralın 25-də Türkiyə Azərbaycan Dərnəyi (TAD) Ankara Ümumi Mərkəzində Xocalı soyqıımı ilə bağlı konfrans keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə