Son sutka ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1431 müraciət olub və onların 146 nəfəri xəstəxanaya çatdırılıb. Stansiyanın baş həkimi Mürsəl Həmidov SİA-ya verdiyi açıqlamasında bildirib ki, dünən saat 09.00-dan bu gün saat 09.00-a qədər qarlı hava şəraiti ilə əlaqədar 18 nəfər yıxılaraq travma alıb. Onun sözlərinə görə, travma alanların 16-sı xəstəxanaya yerləşdirilib.
M.Həmidov vurğulayıb ki, ümumilikdə müraciət edənlərdən 61 nəfər travma alıb və onlardan 40-ı xəstəxanaya çatdırılıb. O qeyd edib ki, son sutka ərzində Xəzər rayonunun Pirallahı qəsəbəsində 55 yaşlarında kişi donvurma nəticəsində ölüb.
Baş həkim əlavə edib ki, son sutka ərzində 33 nəfər dəm qazı ilə zəhərlənmə diaqnozu təcili yardıma müraciət edib və onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib. Kürdəxanıda bir ailədən 8 nəfər, Bakıxanov qəsəbəsində isə bir ailədən 5 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Kürdəxanı sakinlərindən 2-si, Bakıxanov sakinlərinin isə 5-i də xəstəxanaya yerləşdirilib, onlardan 1-i 8 yaşında uşaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB