Göygöl polisi reyd keçirib - FOTO

Göygöl polisi reyd keçirib - FOTO

Göygöl Dövlət Yol Polisi Bölməsi sürücülərin maarifləndirilməsi işini sürətləndirib. SİA-nın bölgə müxbirinin məlumatına görə, bu məqsədlə Hacıkənd –Göygöl - Gəncə avtomobil yolunda təbliğat xarakterli reyd keçirilib. Aparılan tədbirlər nəticəsində yol polis əməkdaşları sürücülərə müəyyən lazımi məlumatlar çatdırıb. Xüsusən qarlı havalarda avtomobilləri şəraitə hazırlıqlı olmayan sürücülərə xəbərdarlıq olunub.

Reyd təxminən 1 saat davam edib. Bu müddət ərzində 20-dək avtomobil sürücüsü ilə maarifləndirmə işi aparılıb. Əsas məqsəd sükan arxasında oturan vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir. Reyd təbliğat xarakteri daşıdığından heç bir sürücü cərimələnməyib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə