Qarlı hava şəraiti kənd təsərrüfatına müsbət təsir edib

Qarlı hava şəraiti kənd təsərrüfatına müsbət təsir edib

Bir müddətdir davam edən qarlı hava şəraiti ölkənin kənd təsərrüfatına müsbət təsirini göstərəcək. SİA-nın bölgə müxbirinin xəbərinə görə, xüsusən qərb bölgəsi və Gəncə ətrafı rayonlarda meyvə və taxıl sahələrindən bol məhsul götürülməsi nəzərdə tutulur. Belə bir qənaətə kənd təsərrüfatı mütəxəssisləri gəlib. Onların fikrincə, qarlı hava şəraiti gəmiricilərin təbii üsulla məhv olmasına zəmin yaradacaq ki, bu da aqrar sahəyə öz müsbət nəticələrini verəcək. Buna baxmayaraq, bir sıra aqrotexniki qulluqların göstərilməsi də vacibdir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə