“Azəriqaz”: “Qurumun ciddi bir problemi yoxdur, təminat və şəbəkə qarlı havalarda da tam işə hazırdır”
"Qazla bağlı problemlər fərdi qaydada müşahidə olunur. Ancaq ümumi heç bir problemimiz yoxdur, qışa hazırlıq üçün kifayət qədər təbii qazımız var və lazımı qədər nəql olunur". Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib. O bildirib ki, bu gün sutkada 26 milyon təbii qaz nəql olunur və bu da Azərbaycan tarixində ən rekord rəqəmdir. Onun sözlərinə görə, təbii qazın 15,2 milyonu Bakı şəhərinə, qalan hissəsi isə regionlara nəql olunur.
"2 gün bundan öncə Nizami rayonu ərazisində maye qazı daşıyan yük maşını qəza törədib. Baş verən hadisə yer altından keçən təbii qazın xətti üzərində baş verdiyindən xəttin zədə alması məlum deyildi. Sonra baxış zamanı məlum oldu ki, xətlər zədələnib və dərhal təbii qazın nəqlini dayandırdıq. Axşam saatlarında Nizami və Sabunçu rayonlarının qazı bərpa olundu. Yoxlama zamanı digər xətlərdə zədə olduğu üçün Xətai rayonunun qaz verilişi dayandırılıb. Bu rayona qazın normal şəkildə verilişi yalnız ötən gün axşam saatlarında bərpa edilib", - deyə o əlavə edib.
Şəhərin müxtəlif yerləri və ya bölgələrdən daxil olan müraciətlərə gəlincə, K.Eyvazlı qeyd edib ki, xidmət sahəsi olduğu üçün belə zənglər hər zaman qəbul edilir: "Adi günlərdə də qazın təzyiqi ilə bağlı belə müraciətlər alırıq. Əlbəttə ki, bunun da müəyyən səbəbləri var. Şəbəkədə bununla bağlı heç bir problem yoxdur. Sadəcə olaraq fərdi və lokal qaydada, hansısa küçədə və ya mənzildə problemlər yarandıqda abonentlər dərhal aidiyyəti qurumalara müraciət etməlidir. Qeyd edim ki, onlar (185 və 104) nömrələrdən bizə müraciətlər edə bilərlər. Bizim ciddi bir problemimiz yoxdur, təminat və şəbəkə tam işə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB