290 kiloqrama yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

290 kiloqrama yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı;


Bakının Xətai rayonunda

M.Hadi küçəsi, ev 99, mənzil 110 ünvanında yerləşən "Sevimli market"də;


Binəqədi rayonunda

9-cu mikrorayon, A.Məmmədov küçəsində Süleyman Süleymanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub. Eyni zamanda,


Xətai rayonunda

Sadıqcan küçəsində yerləşən "Mərhəmət market"də və "İlahə market"də, Gəncə prospekti, ev 17 ünvanında Natiq İbrahimova məxsus mağazada;


Yasamal rayonunda

Şərifzadə küçəsi, ev 51 ünvanındakı "Orxan supermarket"də;


Nərimanov rayonunda

M.Əlizadə küçəsində Yusif Həsənova məxsus mağazada;


Binəqədi rayonunda

Kommuna küçəsi, ev 12/44 ünvanında yerləşən "Walmart market"də, Kazımovski küçəsi, ev 2 ünvanında Pelageya Nəcəfovaya məxsus mağazada, Rəsulzadə qəsəbəsində Zaur İbiyevə və Esmira Abdullayevaya məxsus mağazalarda;


Nəsimi rayonunda

M.Cəlal küçəsi, ev 62, mənzil 1 ünvanında yerləşən "Aysun market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.Aparılan monitorinqlər zamanı eyni zamanda Xətai rayonunda Sadıqcan küçəsi, ev 15 ünvanındakı "Nur market"də normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb. Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən "İlyas market"də; N.Nərimanov küçəsindəki "Təmraz market"də isə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib. Tərtər rayonunda Qaradağlı kəndində Əli Əliyevə məxsus mağazada; Ucar rayonunda Qaradağlı kəndində Bəhman Abdullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə