Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb

Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb
Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb: "Bunun üçün Tibb Universitetinin latın dili müəllimləri tərcümə işinə cəlb edilib. Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcümə edilməsinə ehtiyac var. Sözü gedən sənədlər XV-XVI əsrlər Səfəvilər dövlətinə aiddir". F. Ələkbərlinin sözlərinə görə, hazırda Heydər Əliyev Fondunun maliyə dəstəyi ilə Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpası prosesi davam edir. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə