Dondurucu soyuqların və şaxtaların hökm sürdüyü Amerika Birləşmiş Ştatlarının (ABŞ) New York şəhərində qeyri-adi hadisə görənlərin marağına səbəb olub. Belə ki, dörd yaşında olan uşağı çılpaq vəziyyətdə qarın üzərində oynamağa vadar edən ata insanların reaksiyasına tuş gəlib. SİA-nın türk mətbuata istinadən məlumatına görə, ayağında ayaqqabıları və üzərində yalnız alt paltarı olan uşağın bu hərəkətləri video ilə çəkilərək internetə qoyulub. Həmin görüntülərdə uşağın məcburi şəkildə qaçmağa vadar edildiyi, yerə uzadıldığı əks olunub. Görüntülərin nümayişindən sonra özünü müdafiə edən ata Hə Liyeshenq bunu oğlunun gələcəkdə güclü bir kişi olması ilə izah edib.
http://webtv.hurriyet.com.tr/2/28035/0/1/cocugunu-karda-boyle-kosturdu.aspx
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB