Gənclərlə iş üzrə İctimai Şuranın yeni əsasnaməsi qəbul edildi

Gənclərlə iş üzrə İctimai Şuranın yeni əsasnaməsi qəbul edildi

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sədrliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, İ.Babayev gündəlikdə duran məslələr haqda məlumat verdikdən sonra İctimai Şuranın artıq yeni formatda fəaliyyət göstərməsinin, yenidən formalaşmasının zəruriliyini qeyd edib.

İclasda İctimai Şuranın yeni Əsasnamə layihəsinin və komissiyaların yaradılması ilə bağlı təkliflər geniş müzakirə edilib. Nəticədə yeni əsasnamə qəbul edilib və aşağıdakı daimi komissiyalar yaradılıb:

Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə komissiya

Gənclərin məşğulluq və karyera məsələləri üzrə komissiya

Gənclərin intellektual inkişafı,elm, təhsil və asudə vaxt məsələləri üzrə komissiya

Gənclərin sağlamlıq məsələləri üzrə komissiya

Gənclərin beynəlxalq proqramlarda iştirakı və diasporla iş üzrə komissiya

İctimai Şuraya "Bizim Nəsil" Gənclərini Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədri Nurəddin Mehdiyev sədr, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova isə sədr müavini seçiliblər. Daha sonra "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı 2011-ci il üzrə görülmüş işlər və gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ciildə elan olunmuş müsabiqə haqqında məlumat verilib.

İclasda həmçinin 2011-ci ildə fəallığı ilə seçilən gənclər təşkilatları Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə