Səlim Müslümov: “Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq” - AÇIQLAMA

Səlim Müslümov: “Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaq” - AÇIQLAMA

"2011-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 7,9 faizlik indeksi qeydə alınıb. Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək". SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. O bildirib ki, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. S.Müslümovun sözlərinə görə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5,0 milyon manat, il ərzində isə 60,3 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

"Bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya alan 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə