Şimal DRES və Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti suyun donması nəticəsində dayanıb
"Bakıelektrikşəbəkə" ASC-ni elektrik enerjisi ilə təmin edən Şimal DRES və Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti suyun donması nəticəsində dayanıb. Bunu SİA-ya açıqlamasında "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, bu stansiyaların fəaliyyəti dayandığına görə elektrik enerjisinin qrafik üzrə işləməsinə məhdudiyyət qoyulub. Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər nəticəsində müəyyən problemlər yaranıb.
"Hazırda əməkdaşlar gücləndirilmiş iş rejimində işləyir. Amma ümumilikdə, hava şəraitinin kəskin soyuması nəticəsində Bakı şəhərində elektrik təchizatında heç bir qəza baş verməyib. Şəbəkə bu günlərdə gücləndirilmiş iş rejimində çalışır və bütün abonentlərə 24 saat ərzində xidmət göstəririk", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə