Ötən gün ölkə ərazisində 4 yol nəqliyyat
hadisəsinin baş verib ki, bunların da nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Bunu SİA-ya açıqlamasında Respublika Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.O, yollarda hər hansı bir ciddi problemin
olmadığını deyib. K.Əliyevin sözlərinə görə, şaxtalı havalarla əlaqədar bəzi yollarda buzlaşmanın olmasına baxmayaraq, hərəkət edilən
bütün yollar demək olar ki, açıqdır.
\"Şəmkir-Gədəbəy, Gəncə-Qazax və Zaqatala-Balakən ərazilərində qarın yağmasına baxmayaraq, yollarda vəziyyətin normal olduğunu bildirib. Həmin yollar Yol Polis Şöbələrinin və Yol İstismar İdarələrinin əməkdaşları tərəfindən qardan təmizlənir. Hər hansı ciddi problem yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB