Azərbaycanda 665 min 201 mina və PHS zərərsizləşdirilib

Azərbaycanda 665 min 201 mina və PHS zərərsizləşdirilib
2012-ci ilin yanvar ayı ərzində Azərbaycanın 2 143 644 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 186 PHS, 1 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.


Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis, 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.


İndiyədək Azərbaycanda cəmi 183 615 679 kvadrat metr ərazi təmizlənib, 665 201 mina və PHS tapılaraq zərərsizləşdirilib.


Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Yevlax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.


2012-ci ilin yanvar ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com