Bu gün Lerik rayonunda elektrik enerjisi kəsilib. Lerik rayonun Fövqalada Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, Lerik rayonunun 42 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna ötən gecə Masallı-Telavar-Lerik yüksək gərginlikli elektrik xəttinin keçdiyi 35 kilovoltluq elektrik stansiyasında baş qerən qəza səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB