Yıxılaraq zədə alan 42 nəfərdən 29-u xəstəxanaya yerləşdirilib

Yıxılaraq zədə alan 42 nəfərdən 29-u xəstəxanaya yerləşdirilib

Ötən gün ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1262 müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə stansiyanın baş həkimi Mürsəl Həmidov məlumat verib. O bildirib ki, müraciət edənlərin 165 nəfəri xəstəxanaya çatdırılıb.

M.Həmidovun sözlərinə görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sutka ərzində yıxılaraq zədə alan 42 nəfərdən 29-u xəstəxanaya yerləşdirilib. O qeyd edib ki, ümumilikdə müraciət edənlərdən 102-si nəfər müxtəlif dərəcəli zədə alıb, həmin şəxslərdən 61 nəfəri xəstəxanaya çatdırılıb.

Nizami rayon Polis İdarəsindən verilən xəbərə görə, isə ötən gecə paytaxtın Babək prospekti 22/22 ünvanında naməlum kişi meyiti tapılıb. Onun donvurmadan öldüyü ehtimal edilir və həmin şəxsin kimliyi dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə