Londonda “Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri” kitabının təqdimatı keçirilib
Londonda Avropa-Azərbaycan (AAC) Cəmiyyəti tərəfindən nəşr olunmuş "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri" kitabının təqdimatı olub. AAC-dən bildiriblər ki, təqdimat mərasimində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri müzakirə edilib.
Tədbirdə Azərbaycanın və Türkiyənin Böyük Britaniyadakı səfirləri Fəxrəddin Qurbanov, Əhməd Ünal Çeviköz, bu ölkədə yaşayan azərbaycanlılar, tarixçilər və KİV təmsilçiləri iştirak ediblər.
Üçcildlik nəşrdə Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix və Moskvadakı Rusiya Dövlət Hərbi Tarix arxivlərindəki sənədlər yer alıb. Bu sənədlərdə ermənilərin Qafqaza mütəmadi olaraq köçürülməsi və Rusiya imperiyasının onlara himayədarlıq etməsi öz əksini tapıb.
Araşdırmanın təşəbbüskarı professor Kərim Sükürov bildirib ki, bu, Rusiya arxivlərindən götürülən əsas mənbədir. Bütün sənədlər sistemli şəkildə nəşr üçün hazırlanıb, indiyə qədər 10 min səhifəlik materiallar araşdırılıb, 2 min səhifəlik materiallar isə üç cilddə nəşr olunub. K.Şükürov qeyd edib ki, erməni məsələsinin dəqiq izahı yoxdur, lakin materialları toplamaqla, onları düzgün sistemləşdirməklə Azərbaycan öz mövqeyinin başa düşülməsinə nail ola bilər.
Lord Leyrd isə Avropa ilə əlaqələrin genişlənməsi sayəsində böyük potensiala malik olan Cənubi Qafqaz bölgəsini təzə kəşf etdiyini bildirib.
Kitabın əhəmiyyətindən danışan ABŞ-ın Monmut Universitetinin professoru Tadeuş Svyatoxovski qeyd edib ki, nəşrdə mühüm məqamlara toxunulub. XIX əsrin sonunda neft inqilabı nəticəsində Azərbaycanın beynəlxalq vəziyyətinin dəyişdiyini bildirən T.Svyatoxovski, iqtisadiyyatın inkişafı ilə Bakının müasir şəhərə, həm də türk dünyasında mətbuatın mərkəzinə çevrildiyini diqqətə çatdırıb. 1905-1906-cı illərdə erməni təcavüzünün bu vəziyyəti dəyişdiyini vurğulayan professor deyib ki, həmin məsələ təqdim olunan kitabda öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB