Bərdədə heyvanlar arasından vaksinləmə işi yekunlaşmaq üzrədir

Bərdədə heyvanlar arasından vaksinləmə işi yekunlaşmaq üzrədir

Bərdə rayonunda baytar həkimlər heyvanlar arasında vaksinləmə işlərinə başlayıb. SİA-nın Qarabağ bürsonun verdiyi xəbərə görə, həkimlər təhlükəli və yoluxucu xəstəliklərin qarşısını almaq üçün iri və xırda buynuzlu heyvanları vaksin edir.


Rayonun 109 kəndində 15 sahə baytar məntəqəsi fəaliyyət göstərir. Bərdə kəndlərindəki bütün mal-qara yerli baytar həkimləri və icra nümayəndələri tərəfindən qeydiyyata alınaraq rayon baytarlıq idarəsinə verilib. Qeydiyyata əsasən isə heyvanlarda tədbirlər planına uyğun olaraq bir neçə dəfə pulsuz vaksin vurulur.

Rayonda fəaliyyət göstərən baytarlıq idarəsinin baş həkimi sakinlərə bazardan mal-qara alınarkən alarkən diqqətli olmalarını tövsiyyə edib.


Qeyd edək ki, rayonda xəstəliyə qarşı 80 000-də çox iri buynuzlu, 1600 tək dırnaqlı heyvanlara vaksin vurulub. Bu günlərdə vaksinləmə işi yekunlaşmaq üzrədir.


Şamxal Adıgözəlov




Bütün xəbərlər Facebook səhifəmizdə