Həmin tarixin seçilməsi
təsadüfi deyil: 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT
radiosu ilk dəfə efirə çıxıb. Ümumdünya Radio
Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər
arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi
imkanlarını artırmaq məqsədi ilə keçirilir. UNESCO fevralın 13-nü Ümumdünya
Radio Günü elan etməklə radio jurnalistləri arasında beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsinin mühüm rolunu vurğulayır, habelə bu informasiya
resursunun köməyi ilə informasiyadan sərbəst istifadə olunmasını təşviq edir.
UNESCO-nun bəyanatında
deyilir: "Ümumdünya Radio Günü texniki təminat sahəsində son nailiyyətlərdən və
müvafiq qurğulardan istifadə edən geniş auditoriyanı maksimum cəlb etmək üçün hələ
də səmərəli vasitə olan radionun xüsusi roluna diqqəti artırmağın zəruriliyini
göstərən daha bir vasitədir".
UNESCO bütün ölkələri
radio gününün qeyd olunmasında fəal iştirak etməyə və müxtəlif tərəfdaşların
iştirakı ilə rəngarəng tədbirlər təşkil etməyə, milli, regional və beynəlxalq
radioyayım şirkətlərini, qeyri-hökumət təşkilatlarını, informasiya agentliklərini
və geniş ictimaiyyəti əməkdaşlığa cəlb etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB