“Azərsu”: Ceyranbatan su anbarının donması paytaxtın su təchizatında problem yaratmayacaq
Qarlı və şaxtalı havalarda paytaxta suyun verilməsində problem olmayacaq. SİA-nın xəbərinə görə, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, suların donması ilə bağlı quruma 100-ə yaxın müraciət daxil olub.
Onun sözlərinə görə, suyun donması faktı daha çox fərdi həyət evlərində qeydə alınıb: "Orada su boruları yerin üstü ilə getdiyindən, onların donması müşahidə olunur. Ancaq çoxmərtəbəli bina evlərində isə suların donması problemi yoxdur. Ceyranbatan su anbarının donması paytaxtın su təchizatında problem yaratmayacaq. Donma suyun səthində olur. Su nasosları isə gölün dibindən suyu götürdüyü üçün donmanın təchizata hər hansı təsiri olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB