Gəncə ilin ən soyuq qışını yaşayır - FOTO

Gəncə ilin ən soyuq qışını yaşayır - FOTO

Gəncə şəhərinə 15 sm-dək qar yağıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, ölkənin ikinci böyük şəhəri ilin ən şaxtalı günlərini yaşayır. Qarlı hava şəraiti sürücüləri daha da ehtiyatlı olmağa vadar edib. Avtomobillərin təkərlərinə zəncir vurulub. Bundan əlavə 20-dən artıq texnika səhər saatlarından etibarən şəhərin küçə və prospektlərində yolların qardan təmizlənməsi işini həyata keçirir.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun sözlərinə görə, hazırda yarana biləcək problemi aradan qaldırmaq üçün briqadalar gücləndirilmiş iş rejimində çalışır. Yollara qum və duz səpilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə