Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təklif edib

Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təklif edib

MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təklif edib. SİA-nın xəbərinə görə, Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunması ilə bağlı parlamentdə mətbuat konfransı keçirən Sinan Oğan Xocalı soyqırımının tanınmasının vacibliyini vurğulayıb və bununla bağlı müvafiq qanun layihəsini parlament rəhbərliyinə təqdim edib.


Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçirdiyinin tanınmasının vacibliyi və 26 fevral tarixinin Türkiyədə "Xocalı soyqırımını anım günü" elan olunması istənilib. Bundan əlavə, layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının abidə ucaldılması təklifi də yer alıb. Millət vəkili Sinan OĞAN həmçinin , Ankarada olan Paris Prospektinin adının \"Xocalı prospekti\" və Dögol Prospektinin adının isə Xocalı soyqırımında həyatına itirən adamlardan birininn adıyla dəyişdirilməsinin lazım olduğunu söyləyib. Bu günə qədər bir çox konfrans təşkil etdiyini və bu mövzuyla əlaqədar bir çox konfransa qatıldığını ifadə edən S.Oğan, Türkiyə Böyük Millət Məclisində də bunu çıxaracaqlarını deyib.

Sinan Oğan parlamentin sabah keçiriləcək iclasında cari məsələlərin müzakirəsi zamanı söz alaraq Xocalı soyqırımı və ermənilərin Türkiyədə həyata keçirdiyi soyqırımları ilə əlaqədar çıxış edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə