Bu gün 16 yol qəzası baş verib

Bu gün 16 yol qəzası baş verib

Qeyri-sabit hava şəraiti Bakıda 16 yol qəzasının baş verməsinə səbəb olub. Baş verən yol qəzalarında 2 nəfər xəsarət alıb, avtomobillərə isə müxtəlif dərəcəli zərər dəyib.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumatda bildirildi ki, yolların buz bağlaması nəqliyyatın hərəkətinə çətinləşdirib. Qəzaların baş verməməsi üçün sürücülərdən ehtiyatlı olmaq tələb olunur: "Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir. Sürücülərdən diqqətli olmaq, təhlükəsizlik kəmərindən istifadə etmək tövsiyə olunur".



Bütün xəbərlər Facebook səhifəmizdə