Bakıda qeydə alınan şaxta rekord göstəricini təzələdi

Bakıda qeydə alınan şaxta rekord göstəricini təzələdi

Son 110 illik meteoroloji müşahidələrə görə, 1969-cu di ildə qeydə alınan mənfi 10 dərəcəlik rekord göstərici təzələndi. Belə k, bu gün səhər saat 06.00-07.00 radələrində Bakıda havanın minimal temperaturu mənfi 11 dərəcə şaxta qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında qarlı, şaxtalı, küləkli hava şəraiti davam edəcək.Fevralın 09-dagündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq və yollar buz bağlayacaq. Fevralın 09-u gündüz yağıntıda qısa müddətə fasilə olacağı, 09-da axşam, 10-da arabir qar yağacağı gözlənilir. 10-u gündüz şimal-qərb küləyi yenidən güclənəcək. Sabahgündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə