Bakı-2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsi Kommunikasiya məsələləri üzrə rəhbər təyin etdi
AFFA-nın Baş Katibi Elxan Məmmədov Bakı 2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə Kommunikasiyalar üzrə rəhbər təyin edilib. SİA-nın xəbərinə görə, Bakı 2020 Təşkilat Komitəsində yeni vəzifəsi ilə yanaşı E.Məmmədov həmçinin, bu ilin sentyabr ayında Bakıda keçiriləcək U-17 FİFA Qadınlar arasında Futbol üzrə Dünya Çempionatınına hazırlıq işlərinə də rəhbərlik edir. Eyni zamanda, Elxan Məmmədov UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyun Komitəsinin Vitse Prezidenti və UEFA-nın Oyunlar üzrə Nümayəndəsidir.
Təyinata münasibət bildirən Gənclər və İdman Naziri cənab Azad Rəhimov Elxan Məmmədovun Təşkilat komitəsinə cəlb olunmasının böyük faydası olacağına inandığını, onun Təşkilat Komitəsinə qoşulmasından çox şad olduğunu və Elxan Məmmədovun Azərbaycanda futbolun, xüsusən də, komanda idman oyunlarının inkişafı üçün təqdirə layiq işlər gördüyünü qeyd edib.
Yeni təyinatı ilə bağlı sualları cavablandırarkən Bakı 2020 Təşkilat Komitəsinin işinə qoşulmağı onun üçün şərəf olduğunu deyən E. Məmmədov: "Olimpiya Oyunlaırnın Bakıda keçirilməsini bütün xalq dəstəkləyir. Həm U-17 Qadınlar arasında Futbol üzrə Dünya Çempionatı, həm də, Olimpiya Oyunlarının Bakıda keçirilməsi milyonlarla gəncin dünyaya baxışını genişləndirər, hörmət, dostluq və ədalət kimi Olimpiya dəyərlərinin aşılanmasına kömək edər. Eyni zamanda bu, dünya gənclərinə Azərbaycanı, onun mədəniyyəti və qonaqpərvərliyini daha yaxından tanıtmaq imkanı verər", – bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB